Azərbaycanın Qərb bölgəsində zəlzələ olub

Azərbaycanın Qərb bölgəsində zəlzələ olub
22:47 7 İyun 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 7 iyun. REPORT.AZ/ Azərbaycanın Qərb və şimal-qərb bölgəsində təxminən 4-4,5 bal gücündə zəlzələ olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar saat 22:30 radələrində respublikamızın Qərb bölgəsində yerləşən bir sıra şəhər və rayonlarda qeydə alınıb.
Zəlzələ əsasən Tovuz, Qazax, Daşkəsən, Goranboy, Şəmkir, Ağstafa və Göygöl rayonlarında, habelə Gəncə şəhəri ərazisində hiss edilib. Qazax rayonunda bəzi yaşayış binalarının sakinləri evlərini tərk ediblər.
Hələlik dağıntı barədə hər hansı məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanin-qerb-bolgesinde-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR