Futbolçu oyun zamanı pivə içdi, sonra qol vurdu - VİDEO

Futbolçu oyun zamanı pivə içdi, sonra qol vurdu - VİDEO
22:48 7 İyun 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın "Veriya" klubunun futbolçusu İvan Bandalovski oyun zamanı pivə içib.

Sportnet.az-ın məlumatına görə, bu, ölkə çempionatında Avropa Liqasına vəsiqə uğrunda "Levski" ilə "pley-off" mərhələsinin final matçında baş verib.

29-cu dəqiqədə fanatlardan biri meydana pivə qabı atıb. Bandalovski qabı götürərək açıb, bir azını içib və qalanını tüpürüb. Bundan bir qədər sonra "Levski" hesabı açıb. Amma 90+3-cü dəqiqədə Bandalovski bərabərlik topunu vurub.

Qeyd edək ki, qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Levski" qələbə qazanıb - 10:9.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/201738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR