ABŞ İranda baş verən terror aktlarını pisləyib

ABŞ bu gün İranın paytaxtı Tehranda baş verən terror aktları ilə bağlı açıqlama yayıb.

Metbuat.az-ın məlumatına görə, Dövlət Departamentinin açıqlamasında deyilir:

"Tehranda baş verən terror aktlarını pisləyirik. İran hökumətinə və xalqına başsağlığı veririk. Qəlblərimiz İran xalqı ilə, dualarımız yaxınlarını itirənlərlədir. Günümüz dünyasında terrora yer yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR