Ona "Yuventus"a getməyi məsləhət görərdim"

Ona "Yuventus"a getməyi məsləhət görərdim"
23:12 7 İyun 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış rumıniyalı mütəxəsis Mirça Luçesku "Bayern Munich"in yarımmüdafiəçisi Duqlas Kosta barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı havbeklə "Shakhtar"da işləmiş Luçesku ona İtaliyada oynamağı məsləhət görüb.

"Onu 19 yaşı olanda Neymar və Aleks Teyşeyra ilə birlikdə Braziliyada kəşf etmişdim. Həmin vaxtdan sonra Duqlas Neymar, Beyl, Vilyan və Robbenlə bərabər dünyanın ən yaxşı cinah oyunçularından biri kimi məşhurlaşdı. Kosta həmişə top-klubda oynamaq arzusunda olub. Onun "Shakhtar"dan gedişini xatırlayıram. Duqlas yaxşı futbolçu və insandır. Ona "Yuventus"a getməyi məsləhət görərdim. A Seriyası taktika baxımından ən çətin liqalardan biri olaraq qalır. Bundesliqada bütün komandalar təxminən eyni tərzdə oynayır. İtaliyada isə bu baxımdan müxtəliflik çoxdur. Ona görə futbolçu yeni keyfiyyətlər qazanıb inkişaf edə bilir. "Yuventus" Kostanın karyerasının irəli getməsinə təkan verəcək. O, taktiki baxımdan İtaliya futboluna uyğun gəlir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR