Almaniya millisində yeni kapitan

Almaniya millisində yeni kapitan
23:22 7 İyun 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Almaniya milli komandasına Rusiyada keçiriləcək Konfederasiyalar Kuboku üçün yeni kapitan seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, Fransa PSJ-sinin yarımmüdafiəçisi Yulian Drakslerdir.

24 yaşlı oyunçu ilk dəfə bu funksiyanı ötən gün Danimarka ilə yoldaşlıq görüşündə yerinə yetirib. Baş məşqçi Yoahim Löv 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşdə Drakslerin oyunu və məsuliyyəti öz üzərinə götürdüyünü və komandanı öz arxasınca apardığını bildirib.

İyunun 17-də start götürəcək Konfederasiyalar Kubokunda Löv bir çox ulduz futbolçunun xidmətindən yararlanmayacaq. Qrup mərhələsində Bundestimin rəqibləri Avstraliya, Çili və Kamerun olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR