"Borussiya Dortmund"dan yeni transfer

"Borussiya Dortmund"dan yeni transfer
23:47 7 İyun 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Borussiya Dortmund" daha bir futbolçunu heyətinə qatıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dortmund klubu 23 yaşlı Maksimilian Filipi transfer edib. Gənc yarımmüdafiəçi 2022-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləni imzalayıb. "Borussia" bu transferə görə "Freiburg"a 20 milyon avro ödəyəcək.

"Almaniya və onun sərhədlərdən kənarda bir neçə klubun maraqlandığı futbolçunu transfer etdiyimizə görə şadam. Filip müxtəlif mövqelərdə oynamağı bacaran hücumameyilli futbolçudur. O, hücumu sona çatdırmaq istedadına və geniş perspektivə malikdir" - "Borussiya"nın idman direktoru Mixael Zork qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR