Gürcüstanda 5,1 bal gücündə zəlzələ olub

Gürcüstanda 5,1 bal gücündə zəlzələ olub
00:07 8 İyun 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Gürcüstanda zəlzələ olub.
Gürcüstan sakinlərinin "Report"a verdiyi məlumata görə, yeraltı təkanlar əsasən azərbaycanlıların sıx yaşadığı Bolnisi, Marneuli rayonlarında hiss edilib.
Bolnisi rayonunun Faxralı kənd sakinləri bildiriblər ki, yeraltı təkanlar təxminən 5,1 bal gücündə olub. Zəlzələnin episentri Siqnaği şəhərinin yaxınlığında yerləşib. 
Zəlzələ Qardabani, Rustavi rayonlarında, hətta paytaxt Tbilisidə də hiss olunub. 
Hələlik dağıntı barəsində hər hansı məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-zelzele-olubdfd

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR