"Maşın"da ŞOK HADİSƏ: Təranə Sərxana butulka atdı

"Maşın"da ŞOK HADİSƏ: Təranə Sərxana butulka atdı
00:18 8 İyun 2017
231 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün də "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Publika.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə də oyun qalmaqalsız ötüşməyib.

Belə ki, naharda müğənni Təranə Qumralla aktyor Sərxan Kərəmoğlu dalaşıb. Söz savaşına ilk öncə müğənni başlayıb və hətta Sərxanı söyüb: "Deyəcəm ki, şalvar geyinib...".

Bundan sonra Kərəmoğlu Təranəyə canlı yayımda ağzının danışığını bilməyi xahiş edib:

"Canlı yayımda məni iynənin ucu boyna təhqir etsən, onda ağzımdan çıxan sözlərin qarşısını heç kim ala bilməz. Mən "Get, qatığını çal" deməklə səni təhqir etməmişəm. Sən xanımsan, gedib süd alıb, qatığını çala bilərsən. Sən əgər savadlı olsaydın, deyərdin ki, "Onda sən də al əlinə çomağı, get, çobanlığını elə ki, mən qatığımı çalım". Nə təhər məxluqsunuz siz, nə təhər adamsınız? Hansı kişiliyinizə güvənirsiniz?"

Daha sonra aktyor da ifaçını söyüb və cavab olaraq T.Qumral ona butulka atıb.
Mübahisənin böyüdüyünü görən cangüdənlər də məşhurları sakitləşdirməyə gəliblər.
Əsəblərinə hakim ola bilməyən S.Kərəmoğlu göz yaşları axıdıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/201749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR