Gürcüstanda 5,1 bal gücündə zəlzələ baş verib

Gürcüstanda 5,1 bal gücündə zəlzələ baş verib
00:22 8 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tiflisdən təxminən 100 kilometr uzaqlıqdakı Kakheti bölgəsində 5,1 gücündə zəlzələ baş verib.

Trend-in Anadoluya istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi xəbər verib.

Məlumata görə, zəlzələ yerli vaxtla 22:25 radələrində Kaxeti bölgəsindəki Dedoplistskaro rayonu yaxınlığında baş verib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2764025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR