Ən varlı futbol klublarının siyahısı açıqlandı

Ən varlı futbol klublarının siyahısı açıqlandı
00:44 8 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.

 

 APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində İngiltərənin "Mançester Yunayted" klubu qərarlaşıb.

 

Britaniya klubunun dəyəri 3,689 milyard dollardır, klubun 2015/16-cı il mövsümündə mənfəəti $765 mln. dollar təşkil edib. İkinci yerdə “Barselona” ($3,635 mlrd), üçüncü isə Madridin “Real” klubudur ($3,58 mlrd.). Dördüncü və beşinci yerlərdə “Bavariya” və “Mançester Siti” qərarlaşıb.

 

Qeyd edək ki, ilk iyirmilikdə  2015/16-ci ilin çempionu “Lester” daxil olmaqla,  8 İngiltərə klubunun adı var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR