Dünyanın ən bahalı futbol klubu "Mançester Yunayted"dir

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, dəyəri 3,689 milyard dollar olan "Mançester Yunayted" siyahıya başçılıq edir.

"Barselona" (3,635 mlrd) yalnız "qırmızı şeytanlar"dan geri qalır. "Real" isə üçüncüdür.

Siyahıda ingilis klublarının sayı üstünlük təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR