Tehranda terror nəticəsində ölənlərin sayı artdı

Tehranda terror nəticəsində ölənlərin sayı artdı
02:43 8 İyun 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

İranın paytaxtı Tehranda baş verən terror hadisələri nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.

"Terror hadisələri nəticəsində ölənlərin sayı 13, yaralıların isə 43 nəfərə çatıb", deyə H. Zülfüqari bildirib.

Bundan əvvəl 12 nəfərin öldüyü, 42-nin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub.

Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR