9 yaşlı uşaq ağır xəsarət aldı - Ağdaşda

9 yaşlı uşaq ağır xəsarət aldı - Ağdaşda
03:54 8 İyun 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.

 

Kənd sakini, 2008-ci il təvəllüdlü Müslüm Əhmədiyyə oğlu Cavadov həyətdə oynayarkən ehtiyatsızlıqdan mişar daşı başına düşüb. M.Cavadov dərhal valideynləri tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması alan azyaşlının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR