Londonda baş vermiş terror aktında ölənlərin sayı 8-ə çatıb

Londonda baş vermiş terror aktında ölənlərin sayı 8-ə çatıb
06:07 8 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Londonda baş vermiş terror aktında ölənlərin sayı 8-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisinin yaydığı məlumatda bildirilir.
"Polis axtarışlar zamanı Temzada 45 yaşlı fransız Ksavyer Tomasın – Londondakı terror aktının 8-ci qurbanının cəsədini tapıb" – deyə polisin məlumatında bildirilir.
Ehtimal olunur ki, Tomas insident zamanı körpünün üstündə gedirmiş və terrorçuların mikroavtobusu onu vurub. Nəticədə Tomas çaya yıxılıb. 
Londonda baş vermiş terror aktında ölənlər arasında təkcə Britaniya və Fransa deyil, Avstraliya və Kanada sakinləri də var.
Qeyd edək ki, 3 terrorçu avtobusla London körpüsünün üstündə insanları əzib. Bundan sonra terroçular Boro-marketdə bıçaqla ətrafdan keçənlərə hücum ediblər. Nəticədə 8 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Terrorçular polis tərəfindən məhv edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonda-bas-vermis-terror-aktinda-olenlerin-sayi-8-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR