iOS 11 üçün fayl meneceri hazırlanıb

iOS 11 üçün fayl meneceri hazırlanıb
07:52 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Apple" şirkətinin "App Store" mağazasında "Files" proqramı istifadəyə verilib. Bu, "iPhone" smartfonuna yüklənən sənədlərin redaktə edilməsi prosesini sadələşdirəcək fayl meneceridir. "WWDC17" ümumdünya proqram tərtibatçıları konfransından 10 saat əvvəl istifadəyə verilən əlavə "iOS 11" əməliyyat sistemi üçün nəzərdə tutulub. Proqramın yeni versiyasının təqdimatının bugünkü tədbir çərçivəsində baş tutacağı gözlənilir.   

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Apple" şirkətinin informasiyanı istifadəçilərin marağını artırmaq üçün qəsdən sızdırdığı ehtimal olunur. Proqram tərtibatçısı Stiv Troton-Smit yeni əlavəyə diqqət yetirib. Onun sözlərinə görə, əlavəyə tələblərdə qeyd edilib ki, smartfonda "iOS 11" əməliyyat sistemi quraşdırılmalı, işarədə (icon) ənənəvi "Apple" üslubunda qovluq göstərilməlidir.

Proqram tərtibatçısı "Twitter" səhifəsində yazıb ki, "iOS 11" sistemindən əvvəl "App Store" mağazasında "Files" proqramının prototipi istifadəyə verilib. Ondan istifadə üçün "iOS 11.0" və ya sistemin sonrakı versiyası tələb olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/551767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR