Kompüter tutqunları üçün yeni monitor

Kompüter tutqunları üçün yeni monitor
08:17 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Tayvanın "BenQ" şirkəti kompüter arxasında daha çox vaxt keçirənlər üçün nəzərdə tutulmuş "GW2470ML" monitorunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni monitor işıqlandırmada göy rəngin azalması (Low Blue Light Plus funksiyası) ilə səciyyələnir ki, bu da fərdi kompüterdə uzunmüddətli iş zamanı gözlərə düşən gərginliyi azaldır. Qurğu, həmçinin sayrışmanı aradan qaldıran "Flicker-Free" texnologiyası və "Brightness Intelligence" intellektual parlaqlıq tənzimləmə rejiminə malikdir.

Təqdim edilmiş model "VA" matrisinə malik və 1920x1080 piksel (Full HD) təsvir ölçülü 23,8 düymlük ekranla təchiz edilib. Ekran, həmçinin aşağıdakı parametrlərə malikdir: "GtG" rejimində pikselin reaksiya vaxtı - 4 ms, parlaqlıq - 250 kd/kv. m, dinamik kontrastlıq - 20 000 000:1, statik kontrastlıq - 3000:1, üfüqi və şaquli baxış bucağı - 178 dərəcə.

Bundan başqa, monitor hər biri 2 vatt gücündə 2 ədəd stereodinamika, "D-sub", "DVI" və "HDMI 1.4" portları ilə təchiz edilib. Monitorun çəkisi 4,1 kq-dır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR