Daşınar elektronika bazarının lideri açıqlandı

Daşınar elektronika bazarının lideri açıqlandı
08:37 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

İDC analitikləri cari ilin birinci rübünün nəticələrinə əsasən daşınar elektronika bazarını qiymətləndiriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilk 3 ay ərzində 24,7 milyon ədəd cihaz satışa çıxarılıb ki, bu da bir il əvvəlki göstəricidən 17,9 faiz çoxdur.

İDC birinci yerə "Xiaomi" şirkətinin çıxarıb. Bu şirkət 3,6 milyon ədəd cihaz satışa çıxarıb ki, bununla da bazarın 14,7 faiz payına sahib olub. Bununla belə, istehsalçı illik nisbətdə satışlarını 3,3 faiz azaldıb.

İkinci yerə "Apple" şirkəti çıxıb. Onun da göstəriciləri eynidir: 3,6 milyon ədəd cihaz sataraq bazarın 14,6 faiz payına sahib olub. Kupertinyo nəhəngi bir il ərzində satışlarını 64,1 faiz artıra bilib.
 
Liderlərin ilk üçlüyünü 12,3 faiz bazar payı ilə "Fitbit" şirkəti qapayır. Şirkət bu müddət ərzində 3 milyon ədəd cihaz satıb ki, bu da daha əvvəlki illə müqayisədə 37,7 faiz azdır.
 
Sonrakı yeri "Samsung" şirkəti tutur. Bu şirkət 1,4 milyon ədəd cihaz satışı ilə bazarın 5,5 faiz payına malik olub ki, bu da illik nisbətdə 90,8 faiz artım deməkdir. Beşinci yeri "Garmin" şirkəti tutur ki, onun da bu müddət ərzində satışları 1,1 milyon ədəd cihaz olub, bu isə bir il əvvəllə müqayisədə 1,6 faiz artım deməkdir. Bu şirkət bazarın 4,6 faiz payına sahibdir.

Bütün digər istehsalçılar ümumilikdə bir il ərzində satışlarını 43,9 faiz artıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR