“Alphabet”in bir səhminin dəyəri 1000 dolları ötdü

“Alphabet”in bir səhminin dəyəri 1000 dolları ötdü
08:47 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Google" şirkətinin daxil olduğu "Alphabet Holding"in 1 ədəd səhminin dəyəri ilk dəfə olaraq 1000 dolları ötüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iyunun 5-də "Nasdaq" birjasında ticarət əməliyyatlarının açılışında "Alphabet" səhmləri 997,89 dollardan satılmağa başlanıb. Qapanışa yaxın isə səhmlərin qiyməti 1003,88 dollara yüksəlib.
 
2017-ci ilin əvvəlindən bəri "Alphabet"in qiymətli kağızlarının qiyməti 25% yüksəlib. Artım "Google"un reklam biznesinin gəlirlərinin artması ilə bağlıdır. Hazırda "Alphabet" bazar dəyərinə görə (680 milyard dollara yaxın) yalnız "Apple"ın (800 milyard dollardan çox) gerisində qalır. "Microsoft" 571 milyardla üçüncüdür. Bir həftə öncə 1 səhminin qiyməti 1000 dolları ötən "Amazon" 4-cü sırada qərarlaşıb.
 
Onu da əlavə edək ki, 2014-cü ildə "Google"un səhmlərinin qiyməti 1200 dollara çatmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR