Tehrandakı teraktlar: ölənlərin və yaralananların sayı artıb

Tehrandakı teraktlar: ölənlərin və yaralananların sayı artıb
08:52 8 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

İranın paytaxtı Tehran şəhərində ötən gün baş vermiş terror aktlarında ölənlərin sayı 13-ə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfqariyə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, terror aktları zamanı həmçinin yaralananların da sayı 43 nəfərə çatıb.  
Qeyd edək ki, iyunun 7-də bir neçə nəfərdən ibarət terrorçu qrup ayətullah Xomeyninin məqbərəsinə və İran parlamentinə hücum edib. İranın Daxili İşlər Nazirliyi onlardan birinin zərərsizləşdirildiyini bildirib.
 İlkin məlumatda bildirilirdi ki, hücumlar nəticəsində 12 nəfər ölüb, 42 nəfər müxtəlif cür xəsarət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR