İnsan ömrünü hesablayan kompüter yaradıldı

İnsan ömrünü hesablayan kompüter yaradıldı
08:57 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Avstraliyalı alimlər insan orqanının şəkilləri ilə ömrün uzunluğunu hesablayıb müəyyən etməyi kompüterə öyrədiblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər iddia edirlər ki, kompüterin proqnozunun dəqiqliyi 70 faizə çatır.
 
İnformasiya texnologiyaları elə bir səviyyəyə çatıb ki, maşınlar insan orqanının şəkilləri ilə analiz edə bilir və onun nə qədər yaşayacağını müəyyən edib xəbər verir. Bundan başqa, tərtib edilən cihaz tutula biləcək mümkün xəstəlikləri və onların inkişafını da öncədən deyə biləcək.

Proqramın tərtibatçılarından biri olan professor Lyuk Okden-Reyner əsas diqqəti ona yetirib ki, ilkin mərhələlərdə cihaz müəyyən səhv təxminlər üzə çıxara bilər. Ancaq sonradan bütün çatışmazlıqlar aradan qaldırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR