Dünyada ən kiçik tranzistor təqdim edildi

Dünyada ən kiçik tranzistor təqdim edildi
09:05 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "IBM" korporasiyası "GlobalFoundries" və Cənubi Koreyanın "Samsung" şirkəti ilə əməkdaşlıq çərçivəsində 5 nanometrlik (nm) mikrosxemlər üçün ilk tranzistor hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni texnologiya insan dırnağı ölçüsündə olan çipdə 30 milyardadək tranzistor yerləşdirməyə və ondan ən müxtəlif qurğularda istifadəyə imkan verir. Müqayisə üçün, şirkət tərəfindən 2 il əvvəl təqdim edilmiş dünyada ilk 7 nm-lik çiplər 20 milyard tranzistordan ibarət olub.

Şirkətin məlumatına görə, mikrosxemdə yerləşdirilmiş tranzistorların daha yüksək sıxlığı onlar arasında ötürülən siqnalın sürətini artırır. "IBM" şirkətinin nümayəndələri qeyd ediblər ki, 5 nm-lik həllər indiki 10 nm-lik həllərdən 40% daha məhsuldar və enerji cəhətdən 75% səmərəlidir. Məsələn, smartfonlarda yeni çiplərin tətbiqi perspektivdə qurğuların avtonom işləmə vaxtını 2-3 dəfə artırmağa imkan verəcək.

5 nm-lik çiplərin kütləvi istehsal tarixi dəqiq məlum deyil. Təxmin edilir ki, belə çiplər 2020-ci ildə bazara çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR