Tehranda teraktları iranlılar həyata keçirib

Tehranda teraktları iranlılar həyata keçirib
09:05 8 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Tehran şəhərində terror aktlarını həyata keçirənlər İran əsilli olublar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" İranın yerli telekanalına istinadən xəbər verib.  
"Terrorçuların şəxsiyyətinə gəlincə, onu qeyd etməliyəm ki, onlar İran vətəndaşları olublar və İŞİD terror qruplaşmasına qoşulublar" - deyə İranın Milli Təhlükəsizlik Şurasının sədrinin müavini Rza Seyfullah bildirib.
Qeyd edək ki, iyunun 7-də Tehranda baş vermiş terror aktlarında 13 nəfər ölüb, daha 43 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR