Jurnalist Ceyhun Musaoğlu ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb

Jurnalist Ceyhun Musaoğlu ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb
09:12 8 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.
“Report”un məlumatına görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.
Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.
Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/media/jurnalist-ceyhun-musaoglu-aile-uzvleri-ile-birlikde-avtomobil-qezasina-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR