"Liverpul" üzrxahlıq edib, istəyindən əl çəkdi

"Liverpul" üzrxahlıq edib, istəyindən əl çəkdi
09:12 8 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" rəsmi saytı vasitəsilə üzrxahlıq mesajı yayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızılar" "Sauthempton"dan bu klubun müdafiəçisi Vircil van Diykin transferində qaydalar çərçivəsində hərəkət edilmədiyinə görə üzr istəyib.

Belə ki, "Liverpul"un rəsmiləri "müqəddəslər"in xəbəri olmadan oyunçu ilə danışıqlar aparıb ki, bu da, transfer qaydalarına ziddi. Klubun saytında yer alan məlumatda futbolçuyla artıq maraqlanmadıqları da qeyd edilib.
 
Qeyd edək ki, hollandiyalı müdafiəçinin xidmətində "Mançester Siti" və "Çelsi" kimi klublar da maraqlıdı. İngiltərə mətbuatında futbolçunun transfer qiymətinin 60 milyon avro olduğu qeyd edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR