9 yaşlı uşaq ağır xəsarət aldı

9 yaşlı uşaq ağır xəsarət aldı
09:22 8 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadə xəbər verir ki, hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.
 
Kənd sakini, 2008-ci il təvəllüdlü Müslüm Əhmədiyyə oğlu Cavadov həyətdə oynayarkən ehtiyatsızlıqdan mişar daşı başına düşüb. M.Cavadov dərhal valideynləri tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması alan azyaşlının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR