Tanınmış azərbaycanlı jurnalist ailəsi ilə birlikdə qəzaya düşdü - FOTO

Tanınmış azərbaycanlı jurnalist ailəsi ilə birlikdə qəzaya düşdü - FOTO
09:22 8 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Milli.Az xəbər verir ki, onun dostu, jurnalist Nicat Dağların report-a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA" markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA" bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR