Gəncə MDB-nin tarixi şəhərləri arasında ilk beşlikdədir

Gəncə rusiyalı turistlər arasında populyarlığına görə MDB-nin tarixi şəhərləri arasında ilk beşliyə daxil olub.

Məlumata görə, bu "TurStat" analitik agentliyinin yeni hesabatından məlum olub.

Gəncədən başqa ilk beşliyə Türküstan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan) və Taraz (Qazaxıstan) şəhərləri daxil olub.

Analitik agentliyin hesabatında qeyd olunur ki, Gəncəyə hər il 400 mindən çox turist gəlir, onların böyük əksəriyyəti Rusiya turistləridir. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR