"Qarabağdan nə vaxt çıxırsınız?" - Nalbandyan pərt oldu

"Qarabağdan nə vaxt çıxırsınız?" - Nalbandyan pərt oldu
09:47 8 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, konfransda Nalbandyan Dağlıq Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib.

Jurnalistin "İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?" sualı qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir jurnalistə əsəbiləşib:

"Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb".

Nalbandyan daha sonra münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun tövsiyyələrini dinlədiklərini iddia edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/552272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR