Yasamalda oğlanı yaşadığı binanın qarşısında ölümcül döydülər

Yasamalda oğlanı yaşadığı binanın qarşısında ölümcül döydülər
09:52 8 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Yasamal rayonunda dava qanlı sonluqla bitib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib. 29 yaşlı Məhərrəmov Məhərrəm Novruz oğlu yaşadığı binanın qarşısında döyülüb. Xəsarətlər alan Məhərrəm Məhərrəmov xəstəxanaya gətirilib. Tibbi yardımdan sonra yaralı palataya yerləşdirilib.

O, ifadəsində bildirib ki, yaşadığı binanın qarşısında tanışı ilə mübahisəsi düşüb. Baş verən mübahisə zamanı da döyülüb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Tibbi ekspertlərin Məhərrəm Məhərrəmovun xəsarətləri barədə rəy verəndən sonra fakta hüquqi qiymət veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR