Masallıda intihar hadisəsi baş verdi

Masallı rayonunda intihar hadisəsi baş verib.

Masallı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Axundov küçəsi, ev 13-də baş verib. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Məmmədov Ərəstun Cabbar oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR