Tarixdə bu gün nələr baş verib?

8 iyun 632-ci ildə Əbubəkr ilk xəlifə seçilib.

1786-cı ilin bu günü Nyu-Yorkda ilk dəfə olaraq dondurma satışa çıxarılıb.

8 iyun 1815-ci ildə Polşa Rusiya İmperiyasına birləşdirilib.

1861-ci ilin bu günü Amerika Vətəndaş Müharibəsi nəticəsində Tennessi İttifaqdan ayrılıb.

1912-ci ilin bu günü tarixə eyni zamanda Los-Ancelesdə "Universal" kinostudiyasının əsasının qoyulması kimi də yazılıb.

8 iyun 1941-ci ildə Fransa Suriya və Livana hücüm edib.

1993-cü ilin bu günü respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.

8 iyun 2002-ci ildə Prezident Heydər Əliyev Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə birlikdə dahi şair Nizami Gəncəvinin abidəsinin açılışında iştirak edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR