Azərbaycan Avropa Komissiyası ilə yeni saziş imzalayacaq

Azərbaycan Avropa Komissiyası ilə yeni saziş imzalayacaq
10:12 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycanla Avropa Komissiyası arasında "Strateji tərəfdaşlıq haqqında saziş" hazırlanır. Artıq Avropa İttifaqı (Aİ) Avropa Komissiyasına danışıqlar aparmaq hüququ verib". 
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, son 10 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyalar ümumi investisiyaların 46%-ni təşkil edir: "Təkcə qeyri-neft sektoruna investisiyaların həcmi 3 mlrd. dollar civarındadır ki, bu da ümumi investisiya portfelinin 35%-i deməkdir".
Nazir onu da deyib ki, "Şahdəniz" layihəsi üzrə işlər 93% yekunlaşıb: "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, TANAP layihəsi üzrə 70%-dən çox, TAP layihəsi üzrə isə işlərin 42%-i yekunlaşıb".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-avropa-komissiyasi-ile-yeni-sazis-imzalayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR