Göz təzyiqi nədir?

Göz təzyiqi görmə qabiliyyətinin həyata keçməsi üçün vacib olan maye təzyiqinin həddindən artıq yüksəlməsi və bu vəziyyətdə görmə pozğunluqlarının əmələ gəlməsidir.

Metbuat.az xəbər verir ki, göz təzyiqi gizli xəstəlikdir, ilk əmələ gəldiyi vaxtda əlamətləri bilinmir.

Göz təzyiqinin əlamətləri nələrdir?

Səhər baş ağrısı ilə oyanmaq

Görmədə bulanıqlıq

Televizor ya da kompüter ekranına baxarkən göz və ətrafında əmələ gələn ağrı

Axşamlar işıqların ətrafında görülən halqalar

Göz təzyiqi riskinin çox olduğu insanlar kimlərdir?

Ailə yaxınlarında göz təzyiqi olanlar

Şəkər xəstələri

Təzyiq xəstələri

Göz və ətrafından yaralananlar

Miqren xəstələri

Qanazlığı olanlar

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR