"Standart & Poor's" Qətərin reytinqini aşağı salıb

"Standart & Poor's" Qətərin reytinqini aşağı salıb
10:32 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ "Standart & Poor's" beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini "AA" səviyyəsindən "AA-" səviyyəsinə, reytinq üzrə proqnozu isə "Stabil"dən "Neqativ"ə endirib. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi Qətərin bir sıra ölkələrlə diplomatik əlaqələrini kəsməsi və bunun nəticəsində ölkədəki iqtisadi artımın, maliyyə göstəricilərinin təzyiqlərlə üzləşməsi ehtimalı göstərilir. 
"Standart & Poor's" bəyan edib ki, Qətərdə daxili siyasi risklər və yaxud dövlət borcu artarqsa ölkənin reytinqi bir qədər də azaldıla bilər. 
Xatırladaq ki, mayın 27-də digər beynəlxalq reytinq reytinq agentliyi - "Moody's" də Qətərin reytinqini "Aa2" səviyyəsindən "Aa3" səviyyəsinə endirib. Agentlik buna səbəb kimi, Qətərin dövlət borcunun ümumi daxili məhsula nisbətinin 150%-ə çatmasını göstərib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/standart-poor-s-qeterin-reytinqini-asagi-salib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR