Çəkiliş meydançasında dava - Külqabı atıldı

Çəkiliş meydançasında dava - Külqabı atıldı
10:37 8 İyun 2017
82 Şou
Ölkə mətbuatı
A- A+

"Star TV"də yayımlanan "Fəzilət xanım və qızları" serialının çəkiliş meydançasında dava düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, serialda Selin obrazını canlandıran Ecem Baltacı ilə Yağız rolunda çəkilən Çağlar Ertuğrul siqaret üstündə dalaşıblar. Belə ki, Ecem çəkiliş karvanında siqaret çəkərkən Çağlar içəri girmiş və "Çıx çölə, yemək yeyəcəyəm" deyib. 

Aktrisa isə cavabında "Get başqa yerdə ye. Bura siqaret çəkmək üçündür" söyləyib. Bundan sonra iki tərəf-müqabili arasında dava çıxıb. Ertuğrul külqabını Baltacının başına atıb. 

Dava səbəbindən çəkilişlər dayandırılıb və prodüser şirkətinin əməkdaşları hər iki məşhuru güclə sakitləşdiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/552297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR