"Manat öz yerini tapmaqdadır" - Nazir

"Manat öz yerini tapmaqdadır" - Nazir
10:44 8 İyun 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır". "APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsində bu ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib: "Manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır".


Bank sektorunun sağlamlaşdırılmasının mühüm vəzifələrdən biri olduğunu deyən Ş.Mustafayev əlavə edib ki, bu istiqamətdə ciddi addımlar atılır. "Biz bank sistemindən irəli addımlar gözləyirik. Biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılmasını mühüm vəzifə hesab edərək bu istiqamətdə bankların sağlamlaşdırılması ilə bağlı addımların sürətləndirilməsi əzmindəyik", - deyə nazir vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR