Gəncədə kütləvi dava

Gəncədə polis əməkdaşı döyülərək ağır xəsarət alıb.

Məlumata əsasən gecə saatlarında Gəncə şəhərində bir qrup şəxs arasında kütləvi dava olub. Nəticədə Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Elçin Fərman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. //Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR