Prosineçkiyə müqavilə şərtləri: 2+1

Prosineçkiyə müqavilə şərtləri: 2+1
10:57 8 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"a keçidi məsələsində bəzi detallar üzə çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-yaşıllar" xorvatiyalı çalışdırıcının meneceri Yaşar Çalışırla dünən növbəti dəfə görüşüb.

Danışıq zamanı "Bursaspor"un Prosineçkiyə 2+1 şərti ilə müqavilə təklif etdiyi bildirilib. Rəhbərlik millimizin "sükanı arxası"nda olan məşqçinin Superliqa klubuna hücum futbolu oynatdırmasını və 2 il ərzində çempionluq uğrunda mübarizə aparacaq komanda qurmasını istəyir.
 
Klub rəsmiləri Çalışıra transfer məsələləri ilə məşğul olan nümayəndə və skaut qrupunun Prosineçkinin ixtiyarında olacağını çatdırıb. Yəni danışıqlar baş tutsa, Prosineçkinin istəyəcəyi futbolçular "Bursaspor"a transfer ediləcək.
 
Keçid rəsmiləşsə, komandanın məşqçisi Mustafa Erin Prosineçkinin köməkçilərindən biri olacağı dəqiqdi. Digər köməkçilər isə prezidentlə 48 yaşlı mütəxəssis arasındakı görüşdə müəyyənləşəcək.
 
Türkiyə mediasının yazdığına görə, tərəflərin yalnız illik maaş məsələsində ortaq məxrəcə gəlməsi qalıb. Razılıq əldə olunandan sonra Prosineçkinin "ağ-yaşıllar"la rəsmi müqavilə imzalayacağı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR