“Sevilya” komandasının yeni baş məşqçisi müəyyənləşib

“Sevilya” komandasının yeni baş məşqçisi müəyyənləşib
10:57 8 İyun 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ İspaniyanın “Sevilya” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Andalusiya təmsilçisi argentinalı Eduardo Berissoya həvalə olunub.
47 yaşlı mütəxəssislə müqavilənin müddəti 2018/2019 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Eduardo Berriso “Sevilya”nın baş məşqçisi postunda Argentina yığmasının sükanı arxasına keçən Xorxe Sampaolini əvəzləyib. O, son 3 mövsümdə İspaniyanın “Selta” komandasına rəhbərlik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sevilya-komandasinin-yeni-bas-mesqcisi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR