Bakı Ali Neft Məktəbinin kollektivi “1001 gecə”də

Bakı Ali Neft Məktəbinin kollektivi “1001 gecə”də
11:01 8 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” ikihissəli baletini izləyiblər.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu mədəni tədbir 2017-ci ilin iyulunda buraxılışı olacaq ilk məzunların şərəfinə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov gələcək məzunları təbrik etdi və onlara uğurlar dilədi. Rektor qeyd etdi ki, onun başçılıq etdiyi təhsil ocağında dəqiq elmlərlə yanaşı, incəsənətə və yaradıcılığa da eyni dərəcədə maraq göstərirlər. “Ali Məktəbin rəhbərliyi və müəllimləri Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də intellektual və zəngin şəxsiyyətlər və vətəndaşlar yetişdirməyə çalışırlar. Bu gün isə biz dahi sənətkarımızın Fikrət Əmirovun “1001 gecə” baletini izləyəciyik. Artıq 40 ilə yaxındır ki bu tamaşa Opera və Balet Teatrının repertuarında olan ən populyar tamaşalardan biridir”, - E.Qasımov dedi.

Daha sonra, qonaqlar “1001 gecə” baletini çox böyük maraqla izlədilər. Tamaşa başa çatdıqdan sonra tamaşaçılar uzun müddət yaddaşlardan silinməyəcək bir gün yaşatdıqlarına görə təşəkkürünü bildirərək aktyorlara gül dəstələri təqdim etdilər və onları ayaq üstə alqışladılar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2764145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR