Sağlam şəkildə oruc tutmaq üçün imsakda bunu edin

Mütəxəssislər sağlam oruc tutmaq üçün 3 vacib məqamı açıqlayıb.

Metbuat.az xəbər verir ki, həkimlər sağlam şəkildə oruc tutmaq üçün imsakda bəzi diqqət etməli məqamları açıqlayıb.

İmsakda sosis, sucuk, kolbasa kimi işlənmiş məhsullardan uzaq durun. Mütəxəssislər deyir ki, bu qidalar gün boyunca həzmsizlik və susuzluq hissi yaradır.

Sağlam şəkildə oruc tutmaq üçün qan şəkərinin normada olması vacibdir. Xüsusilə, imsakda süd və süd məhsulları tərkibli qidalar və içkilər istehlak etmək susuzluq hissini azaldacaq və daha rahat olmağınızı təmin edəcək. Ancaq şişkinlik probleminin yaranmaması üçün imsakda şəkərsiz süd içmək lazımdır. Qan şəkərini nizamlamaq üçün südün içinə darçın əlavə edə bilərsiniz. Darçını imsakda yediyiniz qatığa, çaya da əlavə etmək faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR