Millimizin yeni forması

Millimizin yeni forması
11:22 8 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Millimizin yeni forması təqdim edilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana "Nike" istehsallı formada çıxacaq.

Qeyd edək ki, bundan əvvəl seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən "Umbro" və "Nike" şirkətləri ilə danışıqlar aparıb. "Nike" şirkəti "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə "Nike" arasında razılıq əldə olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2764174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR