Samuxda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Samuxda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb
11:37 8 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux. 8 iyun. REPORT.AZ/ Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə iyunun 7-də Samux şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər ərazisində sürücüsü hələlik məlum olmayan  avtomobil yolu keçmək istəyən şəhər sakini  Bəxtiyar Zeynalov vurulub.
Sürücü qəzanı törətdikdən sonra qaçıb, piyada B.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samuxda-piyadani-vuraraq-olduren-surucu-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR