İranın Azərbaycandakı səfirliyi Tehrandakı terror hadisəsi ilə bağlı bəyanat yayıb

İranın Azərbaycandakı səfirliyi Tehrandakı terror hadisəsi ilə bağlı bəyanat yayıb
12:08 8 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Tehranda baş vermiş terror hadisəsi ilə bağlı bəyanat yayıb.

Trend-də daxil olan bəyanatda səfirlik İranda baş vermiş son terror hadisəsini pisləyərək bildirir:

1. İran İslam Respublikası yarandığı gündən indiyədək 8 illik sövq edilmiş müharibənin, həmçinin 17 mindən artıq günahsız insanların terroristlər və onların himayədarları tərəfindən qətlə yetirilməsi kimi bir çox acı hadisələrin şahidi olmuşdur. Bu gün İranın sabitliyi də məhz terrorizmlə mübarizə və öz daxili təhlükəsizliyini qorumaq nəticəsində müyəssər olmuşdur.

2. İran İslam Respublikası regionun ən sabit və demokratik ölkələrindən biridir. Son zamanlarda İranda xalqın 73%-indən çox hissəsinin iştirakı ilə çox möhtəşəm və eyni halda tam təhlükəsiz bir şəraitdə seçkilər keçirilmişdir.

3. İran İslam Respublikası hər zaman regionda sülh və sabitliyin qorunmasına təkid edir. İranda baş vermiş son terror hadisəsi isə regionda sülh düşmənlərinin narahatçılığı və əsəbi kimi analiz etmək olar.

4. Baş vermiş son terror hadisəsi İran İslam Respublikası dövləti və millətinin regionda izlədiyi sülh, təhlükəsizlik, əmin-amanlıq və inkişaf sahəsində olan ciddi iradəsinə heç bir mənfi təsir göstərməyəcək. İranın böyük milləti və millətin seçdiyi dövlət keçən illərdə olduğu kimi sülh və əmin-amanlığın möhkəmlənməsi, habelə terrorist qruplaşmalarla mübarizəni öz inkaredilməz haqqı sayır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2764212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR