Mühafizəçilər mağazaya hücum etdilər - Bakıda qarşıdurma - VİDEO

Mühafizəçilər mağazaya hücum etdilər - Bakıda qarşıdurma - VİDEO
12:12 8 İyun 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən "Safastore" mağazasına hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya mağazadan məlumat verilib. Mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.

Qarşıdurma zamanı Binəqədi Rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetiriliblər. 

Baş vermiş hadisə ilə bağlı "Safastore" MMC-nin rəhbərliyi tərəfindən Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A.Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

Qarşıdurma ilə bağlı videonu təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mühafizəçilər mağazaya hücum etdi - Bakıda qarşıdurma

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR