Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır

Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır
12:22 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, ölkəyə kapital axınının zəiflədiyi yay aylarında valyuta bazarından dollar alışının həcmi artırılacaq və bununla da ölkənin valyuta ehtiyatlaır qorunacaq. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qurum iyulun 6-na qədər bazardan 45,1 mlrd. rubl (790 mln. ABŞ dolları) və yaxud gündəlik 2,1 mlrd. rubl (37 mln. dollar) ekvivalentində valyutanı çıxarmağı planlaşdırır. Bu isə may ayı üzrə dollar alışından 5,3 dəfə çoxdur.
Analitiklərin proqnozlarına görə, belə bir addım Rusiyada dolların məzənnəsinin sentyabr ayının əvvəlinə 60 rubla çatdıra bilər. Əgər neft qiymətləri 40 dollar/barelə enərsə o zaman dolların məzənnəsinin 70 rubla qədər yüksəlməsi də mümkündür. 
Qeyd edək ki, ənənəvi olaraq ilk rübdə profisitlə üzləşən Rusiyanın tədiyyə balansı yay aylarında demək olar ki, 0-a düşür. Bu səbəbdən yaxın aylarda Maliyyə Nazirliyinin əməliyyatlarının dolların məzənnəsinə təsirinin yüksək olacağı gözlənilir. Dolların bahalaşmasına bir başqa səbəb də Rusiya Bankının (Mərkəzi Bank) iyunun 16-da uçot dərəcəsini artırmaq barədə qərarı ola bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-dollari-suni-sekilde-bahalasdirmaga-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR