İrandan Səudiyyəyə müharibə elanı kimi AÇIQLAMA

İran İnqilab Keşişçiləri Korpusu paytaxt Tehrandakı terror aktlarından sonra sərt açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada Tehranda baş verən terror hadisəsində bütün terrorçuların təhlükəsizlik xidməti əməkdaşlarınının yardımı ilə öldürüldüyü qeyd edilib. İran xalqının qorunması və ölkənin milli təhlükəsizliyi məsələsində heç bir manedən qaçmayacaqları vurğulanıb.

“Başda dünya ictimaiyyəti olmaqla, İran xalqı ABŞ (Donald Trump) və terrorçuları dəstəkləyən mürtəce bir dövlətin (Səudiyyə Ərəbistanı) lideri ilə görüşməsindən bir həftə sonra Tehranda belə bir terror hadisəsinin baş verməsini son dərəcə labüd sayır və İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürməsi, onların bu vəhşi terror hadisəsində barmağı olduğunu göstərir. İntiqamı mütləq alınacaq"

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR