Azərbaycan Gürcüstanla sərhəddə yeni ticarət ofisi yaradacaq

Azərbaycan Gürcüstanla sərhəddə yeni ticarət ofisi yaradacaq
12:27 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Əgər bir neçə il bundan əvvəl idxal üçün 11 sənəd tələb olunurdusa, hazırda bu rəqəm 4-ə düşüb. 
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı - Azərbaycan biznes-forumunda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib.
O, həmçinin bildirib ki, ixrac üçün tələb olunan sənədlərin də sayı əhəmiyyətli dərəcədə azaldılıb və hazırda 3-ə düşüb.
DGK rəsmisi Azərbaycanın Gürcüstanla sərhəddində yeni ticarət ofisinin yaradılacağını da qeyd edib. 
"Gömrük sahəsində aparılan islahatlar sırasında elektron bəyannamələrlə bağlı məsələlər xüsusi yer tutur. Bu gün biz gömrük bəyannamələrinin 98%-nin elektron şəkildə verilməsinə nail olmuşuq", - deyə Ş.Bağırov fikrini tamamlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-gurcustanla-serhedde-yeni-ticaret-ofisi-yaradacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR