Süni intellekt yoxsulluq və aclıqla mübarizədə kömək edə bilər

Süni intellekt yoxsulluq və aclıqla mübarizədə kömək edə bilər
12:35 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Cenevrədə keçirilən "Süni intellekt naminə" Ümumdünya sammitinin iştirakçıları olan aparıcı şirkətlərin liderləri, akademik dairə və elmi tədqiqat institutlarının nümayəndələri, həmçinin hökumət nümayəndələri “ağıllı” maşınların yoxsulluq və aclıqla mübarizədə, insanların təhsil almasında, səhiyyədə, ətraf mühitin mühafizəsində rolunu müzakirə edirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “un.org” saytına istinadən yazır ki, forumun nümayəndələri, həmçinin robotlaşdırma və bu proseslə bağlı bütün başqa risklərin mümkün nəticələrini müzakirə edəcəklər.

Sammit BMT ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilib. Tədbirdə insan fəaliyyətinin bu və ya digər növlərinin proqram səviyyəsində modelləşdirilməsi ilə məşğul olan 70 aparıcı şirkətin liderləri iştirak edirlər.

"Süni intellekt sülh və rifah şəraitində hamı üçün layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində tərəqqini sürətləndirmək üçün lazımi potensiala malikdir" –  BMT-ın Baş katibi forum iştirakçılarına deyib.

O diqqətə çatdırıb ki, "Süni intellekt naminə" Ümumdünya sammiti – bu, süni intellektin inkişafının bütün bəşəriyyətə fayda gətirməsinə hədəflənmiş ilk mərhələdir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48297-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR