Bakı. 8 iyun. REPORT.AZ/ "Ötən ilin mayında Azərbaycana 174 min turist gəlibsə, bu il rəqəm 211 min olub".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, ümumi 5 ay ərzində keçən il 768, bu il 956 min turist gəlib: "Bu, 200 mindən çox turist artımı deməkdir. Viza rejiminin sadələşdirilməsi bu artıma xüsusi təsir göstərib".